Xəzər Xəbər

Avropa İttifaqı ABŞ-dan şikayət edib

Dünya | 09:28 • 18 Aprel 2018
Avropa İttifaqı ABŞ-dan şikayət edib

Avropa İttifaqı (Aİ) Çinin ardından polad və alüminium məmulatlarına tətbiq olunan rüsumlarla bağlı mübahisə çərçivəsində ABŞ-dan Dünya Ticarət Təşkilatına (DTT) şikayət edib.


AZƏRTAC xəbər verir ki, DTT-nin mətbuat xidməti bununla bağlı məlumat yayıb. Aİ "böyük marağı olan ixracatçı kimi” Birləşmiş Ştatlarla təcili məsləhətləşmələr aparılmasını tələb edib.


Avropa Komissiyasına yaxın dairələrdən məlum olub ki, artıq Aİ və ABŞ arasında "müxtəlif səviyyələrdə” danışıqlar aparılır. Aİ tələb edir ki, ittifaqa üzv ölkələrin polad və alüminium istehsalçıları yüksək tariflərdən "qeyd-şərtsiz” azad olunsun.


Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp polad üçün 25 faiz, alüminiuma isə 10 faiz rüsum qoymuşdu. Kanada, Meksika, Avstraliya, Argentina, Braziliya, Cənubi Koreya və Aİ ölkələrinə müvəqqəti güzəşt edilmişdi. Aprelin əvvəlində Çin tarif məsələlərinə dair DTT-nin arbitrajına müraciət edib.

Xəbər lenti