Xəzər Xəbər

Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçib

Dünya | 09:01 • 18 Aprel 2018
Yer kürəsinin yaxınlığından nəhəng asteroid keçib

Aprelin 15-də Yerin yaxınlığından böyük sürətlə nəhəng 2018 GE3 asteroidi keçib. 


Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səma cisminin diametrinin 110 metrədək olduğu bildirilir.

"Tunqus” asteroidi ilə təxminən eyni ölçüdə olan 2018 GE3 asteroidi Yer kürəsindən 192 min km aralıdan keçib ki, bu da Ayadək olan məsafənin yarısına bərabərdir.

Qeyd edək ki, astronomlar asteroidin Yerə maksimal yaxın məsafəyə çatmasına 21 saat qalmış aşkarlayıblar.

Xəbər lenti