Xəzər Xəbər

Avstraliyada helikopter qəzaya uğrayıb

Dünya | 17:59 • 17 Aprel 2018
Avstraliyada helikopter qəzaya uğrayıb

Aprelin 17-də Avstraliyanın cənub-şərqində yerləşən Kosçyuşko milli parkında helikopter qəzaya uğrayıb.


AZƏRTAC "news.com.au” portalına istinadla xəbər verir ki, ilkin məlumatlara görə, qəza nəticəsində bir nəfər xəsarət alıb.


Məlumatda qeyd edilir ki, göyərtəsində üç nəfər olan helikopter qəzadan sonra alışıb. Səhiyyə işçiləri və xilasedicilərlə yanaşı, qəza yerinə sanitar helikopteri də göndərilib.


Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbər lenti