Xəzər Xəbər

Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

Dünya | 17:31 • 17 Aprel 2018
Türkiyə və İran prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.


Xezerxeber.az Anadolu agentliyinə istinadən xəbər verir ki, prezidentlər Suriya böhranını müzakirə ediblər. Dövlət başçıları Suriyanın ərazi bütövlüyünün qorunmasının və münaqişənin siyasi yolla həlli üçün birgə səylərin göstərilməsinin vacibliyini qeyd ediblər.


Prezidentlər, həmçinin Türkiyə ilə İran arasında iqtisadi əlaqələrin genişlənməsindən məmnunluqlarını ifadə ediblər.

Xəbər lenti