Xəzər Xəbər

Çin və Rusiyaya kosmosdan zərbələr endiriləcək – Trampdan ŞOK TƏLİMAT

Dünya | 17:08 • 17 Aprel 2018
Çin və Rusiyaya kosmosdan zərbələr endiriləcək

"ABŞ-ın vitse-prezidenti Mayk Pens ehtimal ki, kosmik zərbə sistemlərinin hazırlanmasını nəzərdə tutur".

"RİA-Novosti” agentliyi xəbər verir ki, bunu Siolkovski adına Rusiya Kosmonavtika Akademiyasının akademiki Aleksandr Jeleznyakov bildirib.

"Söhbət ehtimal ki, rəqibin peyklərini məhv etməyə, həmçinin Yer kürəsindəki hədəfləri vurmağa qadir olan zərbə kosmik sistemlərinin hazırlanmasından gedir. Əgər Mayk Pens məhz belə sistemləri nəzərdə tutursa, onda bu çox təhlükəli addımdır, çünki kosmik orbitdə analoji obyektlərin yaradılması şəklində Rusiya və Çinin reaksiyanı doğuracaq”, - Jeleznyakov deyib.

Onun sözlərinə görə, BMT-də çoxdan kosmosun hərbiləşdirilməsinin qarşısının alınması üçün mübarizə aparılır, amma bu sahədə beynəlxalq müqavilələrdə əhəmiyyətli boşluqlar var.

Xatırladaq ki, Pens bazar ertəsi bildirib ki, ABŞ Rusiya və Çin üzərində kosmosda hərbi hökmranlığa nail olacaq. O qeyd edib ki, prezident Donald Tramp anti-peyk silahının hazırlanması üçün kosmik sistemlərin möhkəmləndirilməsi barədə göstəriş verib./publika.az

Xəbər lenti