Xəzər Xəbər

Fransa Əsədə verdiyi ordeni geri alır

Dünya | 15:24 • 17 Aprel 2018
Fransa Əsədə verdiyi ordeni geri alır
Fransa rəhbərliyi Bəşər Əsədin Suriyada prezident kürsüsünə əyləşməsindən sonra 2001-ci ildə ona təqdim olunan "Fəxri Legion" dövlət ordenini geri almaq istəyir. Bu barədə ictimaiyyətə Yelisey Sarayı məlumat verib.

Məlumata görə, Fransanın sabiq prezidenti Jak Şirak tərəfindən verilən mükafatın geri alınması üçün intizam prosesinin başlanıldığı deyilir.

2010-cu ildən edilən dəyişikliyə əsasən, ordenin şərəfinə zidd davranışlara yol verən əcnəbilərdən mükafatın geri alınması imkanı tanınıb. Mükafat bundan əvvəl dopinqə yoluxan amerikalı velosipedçi Lens Armstronq və irqçi mövqedə olan ingilis stilist Con Qallianodan geri alınıb.

Qeyd edək ki, rəsmi Paris Suriya prezidentinə fəxri ordeni Qərb maraqlarına xidmət etmək üçün verib. Bəşər Əsəddən prezidentlik müddətində Qərb ölkələri ilə birgə siyasət yürütmək gözlənilsə də, bunun əksi olub. Nəticədə Yelisey Sarayı Bəşər Əsədə təqdim olunan mükafatı geri almağı qərara alıb./faktxəbər

Xəbər lenti