Xəzər Xəbər

Sarkisyan rəsmən baş nazirliyə namizəd oldu - 5 dəqiqəlik toplantı

Dünya | 14:23 • 16 Aprel 2018
Sarkisyan rəsmən baş nazirliyə namizəd oldu -

Ermənistan Respublikaçılar Partiyası və Daşnaksütyun Partiyasının birgə iclası keçirilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 5 dəqiqə davam edən iclasda Serj Sarkisyanın baş nazirliyə namizədliyi təsdiqlənib.

İclasdan sonra hakim partiya nümayəndələri parlament zalının binasını tərk ediblər. Respublikaçılar Partiyasının fraksiya rəhbəri Vaqram Baqdasaryan isə baş nazir seçkilərinin aprelin 17-də keçiriləcəyini bildirib.

Xəbər lenti