Xəzər Xəbər

Ukraynanın magistral yolun çəkilişinə 3 Azərbaycan şirkəti iddialıdır

Dünya | 14:21 • 16 Aprel 2018
Ukraynanın magistral yolun çəkilişinə 3 Azərbaycan şirkəti iddialıdır

Azərbaycanın 3 şirkəti Ukraynanın Kiyev-Çerniqov-Novıye Yariloviç magistral yolunun çəkilişi üçün elan olunan tenderdə iştirak edir. Bu barədə AZƏRTAC-a "Ukrdorinvest”-in mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, ümumilikdə bu layihədə 50 şirkət iştirak etmək istəyir ki, bunun da əksəriyyəti xarici şirkətlərdir. Layihənin dəyəri 100 milyon Avrodan çoxdur.


Yol çəkilişi ilə bağlı elan olunan tenderdə iştirak etmək istəyən xarici şirkətlərin çoxu Türkiyə və Çindəndir. Bu layihənin tenderinə Türkiyənin 14, Çinin isə 10 şirkəti sənədlər hazırlayır.

Xəbər lenti