Xəzər Xəbər

İranda dollar alıb-satmaq qadağan olundu

Dünya | 14:13 • 16 Aprel 2018
İranda dollar alıb-satmaq qadağan olundu

İran Mərkəzi Bankı ölkədəki valyuta-dəyişmə məntəqələrinə ABŞ dolları da daxil olmaqla xarici valyuta alıb-satmağı qadağan edib.

"Report” xəbər verir ki, bundan sonra məntəqələr yalnız qızıl pulların alqı-satqısı ilə məşğul ola bilərlər.

Xatırladaq ki, hazırda İranda dolların məzənnəsi 42 min riala bərabərdir. Qara bazarda isə Amerika valyutası 62 min riala dəyişdirilir.

Xəbər lenti