Xəzər Xəbər

PKK Türkiyədə hərbi hissəyə hücum edib: ölənlər var

Dünya | 11:34 • 16 Aprel 2018
PKK Türkiyədə hərbi hissəyə hücum edib:

Türkiyənin cənub-şərqində, Şırnak vilayətindəki hərbi hissəyə silahlı hücum olub.

Hücum nəticəsində 3 türk hərbçi ölüb, biri yaralanıb.

Hərbi hissəyə hücumun arxasında PKK terror təşkilatının dayandığı bildirilir.

İnsidentdən sonra Türkiyə Silahlı Qüvvələri ərazidə terrorçuların məhv edilməsi üzrə əməliyyata başlayıb.

Xəbər lenti

Çox oxunanlar