Xəzər Xəbər

İki Azərbaycan vətəndaşı Ukraynada dövlət sərhədini pozduğuna görə saxlanılıb - FOTO

Dünya | 10:37 • 16 Aprel 2018
İki Azərbaycan vətəndaşı Ukraynada dövlət sərhədini pozduğuna görə saxlanılıb -

Ukrayna sərhədçiləri dövlət sərhədini pozduğuna görə iki Azərbaycan vətəndaşını saxlayıb.

Bu barədə "Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir.

Ukrayna Dövlət Sərhəd Xidmətinin məlumatında azərbaycanlıların Ukrayna-Rusiya sərhədini piyada qanunsuz keçməyə çalışdıqları vurğulanıb.

Hazırda dövlət sərhədini qanunsuz şəkildə keçməyə cəhdə görə 60 və 57 yaşlı azərbaycanlılara qarşı inzibati materiallar tərtib edilib.

Xəbər lenti