Xəzər Xəbər

Serj Sarkisyan əleyhdarları Yerevanın mərkəzi küçələrini bağlayıblar

Dünya | 09:58 • 16 Aprel 2018
Serj Sarkisyan əleyhdarları Yerevanın mərkəzi küçələrini bağlayıblar

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı çıxan aksiya iştirakçıları Yerevanın bir neçə mərkəzi küçəsini bağlayıblar.


Trend-in məlumatına görə, polis əməkdaşları etirazçılardan ərazini boşaltmağı tələb edirlər.


Ötən gün etiraz hərəkatının lideri, "Yelk" parlament fraksiyasının rəhbəri Nikol Paşinyan bəyan edib ki, onun tərəfdarları körpüləri, yolları və metro stansiyalarını bağlamaq niyyətindədirlər.


Aprelin 14-də hakim Respublika Partiyasının sədr müavini Armen Aşotyan bildirib ki, S.Sarkisyanın rəsmi olaraq Baş nazir postuna namizədliyi irəli sürüləcək. Baş nazir seçimi aprelin 17-nə gözlənilir.

Xəbər lenti