Xəzər Xəbər

Yaponiya Çindən KXDR-in nüvə proqramının dayandırılmasına yardım etməsini xahiş edir

Dünya | 09:34 • 16 Aprel 2018
Yaponiya Çindən KXDR-in nüvə proqramının dayandırılmasına yardım etməsini xahiş edir

Yaponiya Çinin Koreya Xalq Demokratik Respublikasının nüvə proqramının dayandırılmasına yardım etməsini istəyir.


AZƏRTAC Yaponiya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu barədə Taro Kano aprelin 15-də çinli həmkarı Van İ ilə görüşü zamanı bildirib.


Yapon nazir deyib: "Mən istəyirəm ki, Yaponiya və Çin Şimali Koreyanın nüvə proqramının ləğvinin nəzarət edilən və dönməz xarakterli olması kimi ümumi məqsədə doğru irəliləmək üçün əməkdaşlığı genişləndirsinlər”.


Van İ isə öz növbəsində ümid etdiyini bildirib ki, budəfəki görüş Yaponiya-Çin münasibətlərinin normal vəziyyətə düşməsi istiqamətində mühüm addım olacaq.


Aprelin 15-də Çinin xarici işlər nazirinin Yaponiyaya ikigünlük səfəri başlanıb. Həftənin birinci günü o Çinin nümayəndə heyətinin rəhbəri kimi son yeddi ildə ilk dəfə iki ölkə arasında keçiriləcək yüksək səviyyəli iqtisadi dialoqa qatılacaq, həmçinin Baş nazir Şinzo Abe ilə görüşəcək.

Xəbər lenti