Xəzər Xəbər

Fransada hökumət əleyhinə aksiya: 51 nəfər saxlanılıb

Dünya | 09:26 • 16 Aprel 2018
Fransada hökumət əleyhinə aksiya: 51 nəfər saxlanılıb

Fransada miqrantlara dəstək olmaq üçün hökumət əleyhinə toplanan nümayişçilərə polis müdaxilə edib.


Xezerxeber.az xəbər verir ki, nəticədə polislə nümayişçilər arasında qarşıdurma yaşanıb, 51 nəfər saxlanılıb.


Aksiyaya təxminən iki min nümayişçi qatılıb. Aksiyadan sonra nümayişçilər ətrafdakı banklara, əmlak ofislərinə, bəzi telefon mağazalarına hücum ediblər. Nəticədə onların törətdiyi hücumlar böyük maddi ziyana səbəb olub.

Xəbər lenti