Xəzər Xəbər

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Dünya | 16:41 • 15 Aprel 2018
ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Suriya prezidenti Bəşşar Əsədə verdiyi dəstəyə cavab olaraq ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır.

"Daily Mail"in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətinin materiallarında bldirilir.

Qəzet yazır ki, Ağ Ev və Maliyyə Nazirliyi bu informasiyanı operativ şəkildə şərh edə bilməyiblər.

Moskvanın qarşı məhdudlaşdırıcı tədbirlərin genişlənməsi mümkünlüyü barədə "Atlantic Council" eksperti Brayan O`Tul danışıb.

"Bugünkü sənəd barədə: Biz, Suriya xalqına qarşı cinayət törətməkdə Əsədə dəstək verdiyinə görə Rusiyaya sanksiyaları genişləndirmək niyyətindəyik", - o, Twitter-də yazıb.

Xatırladaq ki, ABŞ, Böyük Britaniya və Fransa silahlı qüvvələri Suriya hökumətinin kimyəvi silah tətbiq etdiyi bəhanəsi ilə şənbə günü səhər saat 3:42-dan saat 5:10 qədər Suriyaya 100-dən çox raket atıblar. Raketlərdən 71-i Suriya Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən vurulub. Rusiya qüvvələri müdafiəyə cəlb olunmayıb, amma hər raketin buraxılışını izləyiblər. Rusiya və İran rəhbərliyi Suriyaya qarşı hücumu suveren dövlətə qarşı təcavüz aktı kimi dəyərləndiriblər. Kimyəvi hücum faktı isə təsdiq olunmayıb.Üçlüyün bu barədə qərar qəbul eməsinə səbəb isə dəstəklədikləri terrorçuların sözügedən ərazidən getdikçə sıxışdırılıb çıxarılması və terrorçuların əlində qalan sonuncu məntəqənin də itirilməməsi üçün bir cəhddir./FaktXəbər

Xəbər lenti