Xəzər Xəbər

Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar 272 kq

Dünya | 16:13 • 15 Aprel 2018
Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar

Braziliyada 272 kilo ağırlığında zümrüd tapılıb.

Braziliyanın şimal-şərqindəki bir mədəndə 1.3 metr uzunluğunda 272 kq ağırlığında zümrüd tapılıb. Zümrüd 20 gün öncə Bahia əyalətində mədənçilər tərəfindən aşkarlanıb.

Həmin bölgədə 2001-ci ildə 300 milyon dəyərində 292 kq tapılan zümrüddən sonra bu tapıntı 2-ci ən böyük tapıntı kimi qiymətləndirilir. Bu zümrüdün də təxmini qiyməti 300 milyon dollar civarındadır.

Zümrüdün bölgədəki bir mədən sahibinə satıldığı bildirilir./publika.az

Xəbər lenti