Xəzər Xəbər

Ərəb dövlətləri də toplanır: Suriyaya hücum...

Dünya | 15:15 • 15 Aprel 2018
Ərəb dövlətləri də toplanır:

Ərəb Ölkələri Liqasının növbəti iclası bu gün Səudiyyə Ərəbistanının Dahran şəhərində baş tutacaq.

Görüşdə bir sıra ərəb dövlətlərinin iştirakı nəzərdə tutulub. Görüşün əsas müzakirə mövzusu Yaxın Şərq - Liviya, Yəmən və Fələstin problemləridir. Burada xüsusi diqqətin özəlliklə ABŞ, Britaniya və Fransanın Suriyaya zərbə endirməsinə ayrılacağı gözlənilir.

İclasdan öncə təşkilata üzv ölkələr arasında fikir ayrılığı yaranıb. Belə ki, Qərbin hücumunu Qətər, Səudiyyə Ərəbistanı və digər Fars körfəzi ölkələri dəstəkləyiblər. Bu hücuma qarşı Livan, Əlcəzair və İraq çıxıb.

Xəbər lenti