Xəzər Xəbər

İordan çayının Qərb sahilində həbslər davam edir

Dünya | 14:33 • 15 Aprel 2018
İordan çayının Qərb sahilində həbslər davam edir

İordan çayının Qərb sahilində yerləşən müxtəlif rayonlarda İsrail rejiminin həyata keçirdiyi əməliyyatlar nəticəsində 23 fələstinli həbs edilib.

Fələstinin "Maan" agentliyinin məlumatına görə, əməliyyatlar Əl-Amari qaçqın düşərgəsində, Əl-Bira, Ramalla, Əl-Xəlil şəhərlərində, Əl-Ərəb və Beyt-Əmr qəsəbələrində keçirilib.

Bundan əlavə, İsrail əsgərləri Əl-Xəlil yaxınlığında yerləşən Arubqaçqın düşərgəsinə də hücum edərk gözyaşadrıcı qaz qumbaralarından istifadə ediblər. Bir neçə nəfərin xəsarət aldığı bildirilir. /faktxəbər

Xəbər lenti