Xəzər Xəbər

Zukerberqin təhlükəsizliyinə 9 milyon dollar xərclənib

Dünya | 11:22 • 15 Aprel 2018
Zukerberqin təhlükəsizliyinə 9 milyon dollar xərclənib
"Facebook" şirkəti ötən il öz rəhbəri Mark Zukerberqin şəxsi təhlükəsizliyinə və səfərlərinə 9 milyon dollara yaxın vəsait xərcləyib.


CNN telekanalının yaydığı məlumata görə, bu göstərici 2016-cı ildəki 5,8 milyon dollara nisbətən təxminən 50 faiz çoxdur. 2015-ci ildən etibarən Zukerberqin təhlükəsizliyinə və işgüzar səfərlərinə çəkilən xərclər 20 milyon dollara yaxınlaşıb.

"Facebook"dan telekanala bildiriblər ki, bu qayğı onun şəxsi təhlükəsizliyinə şirkətin yaradıcısı, direktorlar şurasının sədri və baş icraçı direktoru qismində vəzifə səlahiyyətlərindən doğan təhlükələrdən irəli gəlir.

"Biz kompaniyanın özünün rifahı naminə, Zukerberqin Facebook üçün vacibliyi baxımından bu təhlükəsizlik tədbirlərinin saxlanmasını tələb edirik”, - eyni adlı sosial şəbəkə operatorunun rəhbərliyi telekanala bildirilib. (AzərTAc)

Xəbər lenti