Xəzər Xəbər

Ərdoğan Fransa prezidenti ilə Suriyanı müzakirə edib

Dünya | 11:08 • 15 Aprel 2018
Ərdoğan Fransa prezidenti ilə Suriyanı müzakirə edib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.


"Anadolu" agentliyi xəbər verir ki, prezidentlər Suriya rejiminin kimyəvi silah işlətməsinə cavab olaraq ABŞ, Böyük Britaniya və Fransa tərəfindən həyata keçirilən əməliyyatı müzakirə ediblər.

Emmanuel Makron əməliyyatla bağlı Ərdoğana məlumat verib. Ərdoğan öz növbəsində Türkiyənin kimyəvi silah işlədilməsini sərt şəkildə qınadığını vurğulayıb, kimyəvi hücumların cavabsız qalmamasının önəmini qeyd edib.

Xəbər lenti