Xəzər Xəbər

Sinayın mərkəzində iri terror aktının qarşısı alınıb

Dünya | 19:10 • 14 Aprel 2018
Sinayın mərkəzində iri terror aktının qarşısı alınıb

Misir Silahlı Qüvvələri Sinay yarımadasının mərkəzində iri terror aktının qarşısını alıblar.


AZƏRTAC xəbər verir ki, Misir Silahlı Qüvvələrinin rəsmi nümayəndəsi Tamer əl-Rifainin bəyanatına görə, ölkənin silahlı qüvvələri aprelin 14-də "Sinay-2018” antiterror əməliyyatı çərçivəsində yarımadanın mərkəzi hissəsində iri terror hücumunun qarşısını almağa müvəffəq olub. Avtomat və pulemyotlarla silahlanmış 14 nəfərdən, o cümlədən "şəhid kəməri” geyinmiş dörd intiharçı-terrorçudan ibarət qrup dan yeri ağaranda yarımadadakı hərbi düşərgəyə hücum edib.


T.əl-Rifahinin sözlərinə görə, Misir hərbçiləri ilə terrorçular arasında atışma başlayıb. Atışma zamanı terrorçuların hamısı məhv edilib. "Şəhid kəməri” taxmış silahlılar özlərini partladıblar. Nəticədə 8 hərbi qulluqçu həlak olub, 15 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Xəbər lenti