Xəzər Xəbər

Baş qərargah: Rusiya Suriyaya "S-300" komplekslərinin tədarükü məsələsinə qayıtmağa hazırdır

Dünya | 14:49 • 14 Aprel 2018
Baş qərargah: Rusiya Suriyaya "S-300" komplekslərinin tədarükü məsələsinə qayıtmağa hazırdır

xRusiya tərəfi Suriyaya "S-300" zenit-raket sistemlərinin tədarükünün mümkünlüyü məsələsinə qayıda bilər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəhbəri, general-polkovnik Sergey Rudskoy bildirib.

"Bir neçə il əvvəl Qərb tərəfdaşlarımızdan bəzilərinin xahişini nəzərə alaraq Suriyaya "S-300" zenit-raket sistemlərinin tədarükündən imtina etmişdik. Başverənləri nəzərə alaraq, bu məsələyə dönə biləcəyimizi hesab edirəm. Özü də yalnız Suriya yox, həm də digər ölkələrlə bağlı", - S.Rudskoy deyib.

Qeyd edək ki, dünən gecə ABŞ Dumada kimyəvi silahdan istifadə iddiasının cavabında Suriya ərazilərinə raket zərbəsi endirib. Birləşmiş Ştatlara sonradan Böyük Britaniya və Fransa da qoşulub.

Xəbər lenti