Xəzər Xəbər

Yunker: "Kimyəvi silahdan istifadə birinci olmasa da, sonuncu olmalıdır"

Dünya | 14:14 • 14 Aprel 2018
Yunker: "Kimyəvi silahdan istifadə birinci olmasa da, sonuncu olmalıdır"

"Kimyəvi silahların istifadəsi heç bir halda qəbuledilən deyil və ən ağır şəkildə qınanmalıdır".


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Avropa Komissiyasının sədri Jan Klod Yunkerin bəyanatında deyilir.

Bəyanatında ötən gecə ABŞ, Fransa və İngiltərə tərəfindən Suriyada hərbi əməliyyat həyata keçirildiyini xatırladan Yunker bildirib ki, beynəlxalq ictimaiyyət kimyəvi silahlardan istifadəyə görə məsul olan şəxsləri aşkarlamaq və onların cavab verməsinə çalışmaqi üçün məsuliyyət daşıyır: "Bu, birinci dəfə deyildi ki, Suriya rejimi vətəndaşlara qarşı kimyəvi silahdan istifadə edir, ancaq sonuncu olmalıdır".

Suriya münaqişəsinin 8 ildir davam etdiyini vurğulayan Yunker Suriyanın hər kəs tərəfindən hörmət edilən daimi atəşkəsə ehtiyac duyduğunu söyləyib: "Yaşadıqları iztirablara dözən suriyalılar buna layiqdir".

Xəbər lenti