Xəzər Xəbər

Misir ordusu 27 terrorçunu zərərsizləşdirib

Dünya | 12:58 • 14 Aprel 2018
Misir ordusu 27 terrorçunu zərərsizləşdirib

Misir ordusu Sinay yarımadasının şimalında davam etdirdiyi antiterror əməliyyatı çərçivəsində son bir neçə gün ərzində 27 terrorçunu zərərsizləşdirib.

Xezerxeber.az-ın məlumatına görə, daha 115 nəfər terrorçuluq fəaliyyəti ittihamı ilə saxlanılıb.

Qeyd olunur ki, "Sinay-2018" əməliyyatı bu ilin fevral ayında başlayıb. Əməliyyat müddətində 200-ə yaxın terrorçu məhv edilib, yüzlərlə şəxs saxlanılıb.

Bundan başqa, çoxlu sayda silah-sursat, partlayıcı maddə ələ keçirilib.

Xəbər lenti