Xəzər Xəbər

Kalın: "Məqsəd Suriyadakı müharibəyə son qoymaq olmalıdır"

Dünya | 12:27 • 14 Aprel 2018
Kalın: "Məqsəd Suriyadakı müharibəyə son qoymaq olmalıdır"

"Aprelin 7-də Dumada yaşanan kimyəvi hücumu təşkil etdiyi anlaşılan Suriya rejimininin cavabız qalması mümkün deyildi".


APA-nın xəbərinə görə, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Kimyəvi silah istifadəsinin beynəlxalq hüququn pozulması və bir cinayət olduğunu vurğulayan İ. Kalın gələcəkdə kimyəvi hücumun yenidən yaşanma ehtimalına qarşı birlik nümayiş etdirməyə çağırıb: "Kimyəvi silaha qarşı yönəlmiş əməliyyatlar bölgədəki qeyri-sabitliyi sonlandırmaqda yetərsiz olacaq. Məqsəd ümumilikdə Suriyadakı müharibəyə son qoymaq olmalıdır. Həyata keçirilən bütün qətliamların əngəllənməsi Suriyadakı siyası həllin bir an əvvəl təmin edilməsindən asılıdır. Buna görə, hər kəsi ənənəvi və kimyəvi silahlarla gerçəkləşdirilən ölümlərə son qoyacaq hərtərəfli bir siyasi strategiya həyata keçirməyə dəvət edirik".

Xəbər lenti