Xəzər Xəbər

NATO Suriyadakı hərbi əməliyyatı dəstəkləyir

Dünya | 11:49 • 14 Aprel 2018
NATO Suriyadakı hərbi əməliyyatı dəstəkləyir

"Hərbi əməliyyatı dəstəkləyirik. Kimyəvi hücuma görə məsuliyyət daşıyan hər kəs cavab verməlidir".


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə NATO-nun baş katibi Ceyns Stotlenberqin yazılı bəyanatında deyilir.

C. Stotlenberq bəyanatında ABŞ, Böyük Britaniya və Fransanın Bəşər Əsədin kimyəvi silah bazalarına yönəlmiş hərbi əməliyyatını dəstəklədiyini ifadə edərək, bu hücumun rejimin Suriya xalqına yenidən kimyəvi hücum təşkil etmək gücünü zəiflədəcəyini deyib. "Kimyəvi silahların istifadəsi qəbuledilməzdir və məsuliyyət daşıyanlar cavab verməlidir. NATO kimyəvi silahlardan istifadəni beynəlxalq sülhə bir təhdid olaraq görür", - deyə NATO baş katibi vurğulayıb.

Xəbər lenti