Xəzər Xəbər

BMT baş katibi Suriya xalqının iztirablarını artırmamağa çağırıb

Dünya | 10:57 • 14 Aprel 2018
BMT baş katibi Suriya xalqının iztirablarını artırmamağa çağırıb

BMT baş katibi Antonio Qutyerreş Suriyada kimyəvi silah bazalarına hücum zamanı beynəlxalq hüquqa uyğun hərəkət etməyə, gərginliyi artıra biləcək hər cür addımdan qaçmağa çağırıb.

APA-nın xəbərinə görə, baş katibin yazılı bəyanatında bildirilir ki, BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizliyin təmini üçün əsas məsuliyyət daşıyan təşkilatdır. Lakin o, ABŞ, Britaniya və Fransanın əməliyyatını qınamayıb. Baş katib Suriya xalqının iztirablarını artırmamağa dair çağırış edib.

A. Qutyerreş hadisə ilə əlaqədar Səudiyyə Ərəbistanına səfərini təxirə salıb.

Qeyd edək ki, aprelin 14-də səhərə yaxın ABŞ, Fransa və Böyük Britaniya qüvvələri paytaxt Dəməşq və Homs ətrafında yerləşən hərbi təyinatlı obyektlərə zərbələr endirib. "Reuters" agentliyinin məlumatına əsasən ABŞ gəmiləri Suriya ərazisinə "Tomahawk" qanadlı raketləri buraxıb. Əməliyyatda Fransa gəmisi və Böyük Britaniyanın 4 ədəd "Tornado” qırıcı-bombardmançı təyyarəsi də iştirak edib. Əməliyyat 50 dəqiqə davam edib.

Xəbər lenti