Xəzər Xəbər

Rusiya səfiri: "ABŞ, Britaniya və Fransanın Suriyaya endirdiyi zərbələr nəticəsiz qalmayacaq"

Dünya | 10:07 • 14 Aprel 2018
Rusiya səfiri: "ABŞ, Britaniya və Fransanın Suriyaya endirdiyi zərbələr nəticəsiz qalmayacaq"

ABŞ, Böyük Britaniya və Fransanın Suriya ərazisinə zərbələri nəticəsiz qalmayacaq.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovun bəyanatında deyilir.

"Qorxduğumuz reallaşdı. Xəbərdarlıqlarımız diqqətə alınmadı. Əvvəlcədən hazırlanan ssenari həyata keçirilir. Və yenə bizi təhdid edirlər. Daha əvvəldən belə hərəkətlərin nəticəsiz qalmayacağına dair xəbərdarlıq etmişdik", - bəyanatda deyilir.

A.Antonovun sözlərinə görə, bunun bütün məsuliyyətləri Vaşinqton, London və Parisin üzərinə düşür.

"Rusiya prezidentinin təhqir edilməsi qəbuledilməz və yolverilməzdir. ABŞ dünyanın ən böyük kimyəvi silah arsenalının sahibidir və onların başqalarını günahlandırmağa, sadəcə, mənəvi haqqı yoxdur", - deyə diplomat vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp Suriyaya zərbələr endirilməsini əmr edib. Birləşmiş Ştatlara sonradan Böyük Britaniya və Fransa da qoşulub.

Xəbər lenti