Xəzər Xəbər

Cozef Danford: “Koalisiya Suriyada iki obyektə zərbələr endirib”

Dünya | 09:29 • 14 Aprel 2018
Cozef Danford: “Koalisiya Suriyada iki obyektə zərbələr endirib”

ABŞ, Böyük Britaniyanın və Fransa Silahlı Qüvvələri Suriyada iki obyektə zərbələr endirib.


Xezerxeber.az-ın  CNN-ə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford bəyan edib.

Onun sözlərinə görə, hədəfdə bilavasitə Suriya hökumətinin kimya proqramları ilə bağlı obyektləri olub: "İlk əsas hədəf Dəməşq yaxınlığındakı elmi-tədqiqat mərkəzi, ikinci isə Homs yaxınlığında yerləşən kimyəvi maddələrin saxlanılması obyekti olub. Dəməşq ətrafındakı obyekt kimya və bioloji texnologiyaların inkişafı, tədqiqi və istehsalı üzrə mərkəzdir. Hədəflərin seçilməsində mülki əhali üçün riskin minimuma endirilməsi nəzərə alınıb”, deyə C.Danford bildirib.

O həmçinin bu günlük hava zərbələrinin bitdiyini açıqlayıb.

Xəbər lenti