Xəzər Xəbər

Əl-Ərəbiyə: “Suriyada hava zərbələri endirilən obyektlər əvvəlcədən evakuasiya olunub”

Dünya | 09:07 • 14 Aprel 2018
Əl-Ərəbiyə: “Suriyada hava zərbələri endirilən obyektlər əvvəlcədən evakuasiya olunub”

Suriya hökuməti hava zərbələri endirilən obyektlərdən hərbçilər və texnikanı əvvəlcədən evakuasiya edib.


Xezerxeber.az-ın xəbərinə görə, bu barədə "Əl-Ərəbiyə” telekanalı məlumat verib.

Məlumata əsasən, son bir həftə ərzində hərbi obyektlər və aerodromlardan şəxsi heyət və texnika təxliyə edilib.

Bu gecə ABŞ, Fransa və Böyük Britaniya Silahlı Qüvvələri paytaxt Dəməşq və Homs ətrafında yerləşən hərbi təyinatlı obyektlərə hava zərbələri endirib. Reuters agentliyinin məlumatına əsasən, ABŞ Suriya ərazisinə "Tomahawk" qanadlı raketlərdən zərbə endirib. Əməliyyatda həmçinin Böyük Britaniyanın 4 "Panavia Tornado” qırıcı-bombardman təyyarəsi iştirak edib. Əməliyyat 50 dəqiqə davam edib.

Xəbər lenti