Xəzər Xəbər

Çindən ABŞ-a ticarət müharibəsi xəbərdarlığı

Dünya | 15:18 • 24 Mart 2018
Çindən ABŞ-a ticarət müharibəsi xəbərdarlığı

Çinin baş nazirinin müavini Liu Hi ölkəsinin ABŞ-ın gömrük vergisi qanununda milli maraqlarını qorumağa hazır olduğunu açıqlayıb.

L.Hi bu barədə ABŞ-ın maliyyə naziri Steven Mnuçi ilə telefon danışığında deyib.

L.Hi Çin-ABŞ ticarət əlaqələrinin sabitliyinin davam etdirilməsi istiqamətində səylərin intensivləşdirilməsi çağırışı edib. O, 974-ci il tarixli Ticarət Qanununun 301 nömrəli hissəsi ilə bağlı istintaq hesabatının dünya ticarət qaydalarını pozduğunu söyləyib.

Hesabatın nə Çin, nə ABŞ, nə də dünyanın mənfəətinə olduğunu ifadə edən L.Hi Çinin öz milli maraqlarını qorumağa hazır olduğunu vurğulayıb.

L.Hi hər iki ölkənin kommersiya və iqtisadi əlaqələrdəki bütün sabitliyi davam etdirmə mövzusunda birlikdə işləyəcəklərinə ümid etdiyini dilə gətirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir neçə gün əvvəl Çinə qarşı 50 milyard dollarlıq əlavə vergi tətbiqini nəzərdə tutan gömrük sənədini imzalayıb./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti