Xəzər Xəbər

Fransada insanları girov götürən terrorçu öldürülüb

Dünya | 18:36 • 23 Mart 2018
Fransada insanları girov götürən terrorçu öldürülüb

Fransanın Treb şəhərində supermarketə hücum etmiş terrorçu öldürülüb.


Bu barədə Fransanın daxili işlər naziri Jerar Kolon öz "Twitter” səhifəsində yazıb. O bildirib ki, insanları girov götürmüş terrorçu güllələnib.

Danışıqlar nəticə vermədikdən sonra xüsusi təyinatlı dəstələr əməliyyat keçirib və terrorçu ləğv edilib.

Qeyd edək ki, hadisə zamanı 3 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Xəbər lenti