Xəzər Xəbər

Rusiya XİN: Xarici siyasətimiz dəyişməyəcək

Dünya | 15:57 • 23 Mart 2018
Rusiya XİN: Xarici siyasətimiz dəyişməyəcək

"Rusiyanın xarici siyasəti, o cümlədən Cənubi Qafqaz ölkələri ilə bağlı siyasəti prezident seçkilərindən sonra da beynəlxalq hüquq normalarına əsaslanmağa davam edəcək".

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və mətbuat Departamentinin direktor müavini Artyom Kojin keçirdiyi brifinqdə bildirib.

"Prezident seçkilərindən sonra Rusiyanın xarici siyasət konsepsiyasında hansısa dəyişikliklər gözlənilirmi" sualına cavabında Rusiya XİN rəsmisi belə cavab verib: "Rusiyanın xarici siyasəti beynəlxalq hüquq normalarına riayət olunmasına əsaslanıb. Prinsipial olaraq bu, dəyişmir və bundan sonra da hər kəs tərəfindən qəbul olunan beynəlxalq normalara uyğun olacaq".

Xəbər lenti