Xəzər Xəbər

AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb

Dünya | 12:09 • 23 Mart 2018
AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlanıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının tarixi və gündəliyi açıqlanıb.

"Report" xəbər verir ki, qurumun toplantısı aprelin 23-dən 27-dək Strasburqda keçiriləcək.

Yaz sessiyasında Avropada antisemitizm, islamofobiya və ksenofobiyanın artması, Liviyada vəziyyət və ilhaq edilmiş Krımda Rusiyada prezident seçkiləri üzrə keçirilən səsvermənin qanunsuz sayılması və digər məsələlər müzakirə ediləcək.

AŞPA-nın sessiyasında Makedoniyanın xarici işlər naziri Nirolya Dimitrov və Lüksenburqun Avropa İttifaqı işləri üzrə və xarici işlər naziri Jan Asselborn çıxış edəcək.

Xəbər lenti