Xəzər Xəbər

Türkiyə ordusu Afrində üç hərbiçisini itirib

Dünya | 09:12 • 23 Mart 2018
Türkiyə ordusu Afrində üç hərbiçisini itirib

Suriyanın Afrin bölgəsindəki antiterror əməliyyatlarda iştirak edən Türkiyə ordusunun 3 hərbiçisi həlak olub, 3 nəfər yaralanıb.


Xezerxeber.az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyada davam etdirilən "Zeytun budağı” antiterror əməliyyatları çərçivəsində Afrinin minalardan təmizlənməsi prosesi zamanı terrorçuların əvvəlcədən qurduqları əldədüzəltmə bombanın partlaması nəticəsində üç hərbiçi həlak olub, üç nəfər isə yaralanıb. Yaralı hərbçilər Türkiyənin Hatay Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Xəbər lenti