Xəzər Xəbər

Çin ABŞ istehsalı olan mallara idxal rüsumları tətbiq edəcək

Dünya | 09:11 • 23 Mart 2018
Çin ABŞ istehsalı olan mallara idxal rüsumları tətbiq edəcək

Rəsmi Pekin ABŞ-ın Çin istehsalı olan mallara rüsumlar tətbiq etməsinə cavab tədbiri olaraq, Amerika mallarına idxal rüsumları tətbiq edəcək. 


Xezerxeber.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Çinin ÜTT-dəki səfiri Çen Sənçen bildirib.

Yerli KİV-lər qeyd edirlər ki, Çinin potensial cavab rüsumları ABŞ-ın yanvarda Çin istehsalı olan günəş batareyalarına rüsumların tətbiq etməsinə yönəlib.

Çen Sənçen bildirib ki, Çin ABŞ-dan ÜTT-yə şikayət etmək niyyətindədir.

Xəbər lenti

Çox oxunanlar