Xəzər Xəbər

Lavrovla Yapon nazir arasında QƏRİBƏ ZARAFAT: "Cənab nazir qarı..."

Dünya | 14:35 • 21 Mart 2018
Lavrovla Yapon nazir arasında QƏRİBƏ ZARAFAT:

Rusiyanın Xarici işlər naziri Sergey Lavrovun Yaponiya səfəri çərçivəsində maraqlı söhbəti medianın diqqətini çəkib.

Yaponiyada səfərdə olan Rusiya Xarici işlər naziri Sergey Lavrovla yaponiyalı həmkarı Taro Kono ilə süfrə arxasında maraqlə zarafat olub. Bu zarafatı isə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova özünün feysbuk sosial səhifəsində paylaşıb.

Səhər yeməyi üçün süfrə arxasına keçən rəsmilər salonun pəncərəsindən yağan qarı görüb zarafat etmək qərarına gəliblər. Yaponiyalı nazir Taro Kono deyib:

"Cənab Lavrov, Yaponiyaya belə hava xarakterik deyil. Bura qarı siz gətirdiniz".

Sergey Lavrov həmkarına gülərək cavab verib: "Gördük sizin seçkilərə müdaxilə edə bilmirik, dedik heç olmasa havanıza müdaxilə edək".

Xatırladaq ki, Yaponiya səfəri Sergey Lavrovun doğum günü ərəfəsinə düşdüyü üçün yaponiyalı həmkarı onu doğum günü münasibətlə təbrik edib və ona futbol topu şəklində tort hədiyyə edib. Lavrov isə öz növbəsində həmkarına 2018-ci ilin çempionatının rəsmi futbol topunu hədiyyə edib.

Zarafatdan sonra nazirlər qar yağan pəncərinin qarşısında xatirə şəkli çəkdiriblər./publika.az

Xəbər lenti