Xəzər Xəbər

Stiven Hokinq Darvinin məzarı yaxınlığında... Açıqlandı

Dünya | 14:27 • 21 Mart 2018
Stiven Hokinq Darvinin məzarı yaxınlığında...

Britaniyanın böyük fizika nəzəriyyəçisi, dünya şöhrətli alim Stiven Hokinq Çarlz Darvinin və İsaak Nyutonun yanında dəfn olunacaq.

Bu barədə mətbuata məşhur amerikalı fizik, Abbatlığın keşişlər şurasının rəhbəri Con Holl məlumat verib. O bildirib ki, Stiven Hokinqin meyitinin külü İngiltərənin paytaxtı Londonda yerləşən Vestminster Abbatlığında dəfn edilməlidir:

"Aydındır ki, hamımızın sevimlisi olan Stiven Hokinq artıq aramızda deyil. Biz düşünürük ki, dünya şöhrətli professorun qalıqlarları Vestminster Abbatlığında, özü kimi məşhur alimlərin yanında dəfn edilməlidir. Biz hesab edirik ki, dinə və elmə birlikdə yanaşmaqla, ikisi arasında mövcud olan əhəmiyyətli və həyatı səviyyədə böyük məsələlərə, eləcə də kainatın bütün tapmacalarına cavablar tapmaq olar".

C.Holl dəfnin dəqiq tarixi haqqında məlumat verməsə də, tədbirin bu ilin sonlarına yaxın gerçəkləşdiriləcəyini bildirib./publika.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti