Xəzər Xəbər

Tramp dövlət katibi postuna yeni namizəd irəli sürüb

Dünya | 11:23 • 21 Mart 2018
Tramp dövlət katibi postuna yeni namizəd irəli sürüb

ABŞ prezidenti Donald Tramp Mayk Pompeonun dövlət katibi vəzifəsinə namizədliyini Senata göndərib. Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Reqlamentə əsasən, Pompeonun namizədliyi əvvəlcə Senatın Xarici İşlər Komitəsi, ardınca isə tam heyəti (100 nəfər) tərəfindən təsdiq edilməlidir.

Vəzifəyə təsdiq hər iki halda sadə səs çoxluğu ilə həyata keçirilir

Xəbər lenti