Xəzər Xəbər

Ərdoğandan Novruz təbriki

Dünya | 15:06 • 20 Mart 2018
Ərdoğandan Novruz təbriki
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyasını 21 Mart Dünya Novruz Günü ilə bağlı təbrik edib.

Ərdoğan təbrik məktubunda Orta Asiyadan Balkanlara qədər geniş coğrafiyada keçirilən Novruzun yeni başlanğıcların, ümidin, qardaşlığın və həmrəyliyin bayramı olduğunu qeyd edib.


"Baharı müjdələyəm Novruzun qardaşlıq və bərabərliyimizin daha da güclənməsinə səbəb olacağını arzu edirəm. Min illik qardaşlığımızın qlobal maraqların mübarizəsinə qurban verilməsinin istənildiyi bu həssas dövrdə millətimizin bütün üzvlərinin Novruzu mənasına uyğun şəkildə, sülh içərisində qeyd edəcəyinə inanıram. Bu düşüncələrlə baharın, bolluğun və bərəkətin bayramı olan Novruzun millətimizlə bərabər dünyadakı bütün qardaşlarımız üçün xeyirli olmasını arzu edirəm”.

Rubrikanın digər xəbərləri

Xəbər lenti