Xəzər Xəbər

Putin 2024-cü ilə kimi əsas hədəfini AÇIQLADI

Dünya | 17:16 • 19 Mart 2018
Putin 2024-cü ilə kimi əsas hədəfini

"Daxili çağırış yeni prezident müddətində onun işinin prioritet istiqaməti olacaq”.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.

Onun sözlərinə görə, əsas vəzifə Rusiya iqtisadiyyatının artmasını təmin etmək və ona innovasiya xarakteri verməkdir. Dövlət başçısı qeyd edib ki, ölkənin müdafiə qabiliyyəti və təhlükəsizliyin təminatı da diqqətdən kənarda qalmayacaq.

Daha əvvəl prezidentin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Putində ölkənin "aydın və ardıcıl” inkişaf planı var.

Rusiyada prezident seçkiləri martın 18-də keçirilib. İlkin məlumatlara görə, 76,66 faiz səs toplayan Vladimir Putin seçkilərdə qalib gəlib. Yeni Konstitusiyaya əsasən, Putin 2024-cü ilə kimi hakimiyyətdə olacaq./publika.az

Xəbər lenti