Xəzər Xəbər

Misirdə 3 min illik 8 firon məzarı tapıldı 5 il davam edəcək

Dünya | 12:01 • 25 Fevral 2018
Misirdə 3 min illik 8 firon məzarı tapıldı

Misirdə 3 min il yaşı olan 8 firon məzarı tapılıb.

Bu barədə məlumatı Misirin Antik Əsərlər üzrə naziri Xalid əl-Anani verib. O bildirib ki, arxeoloji qazıntılar zamanı 40 qəbir və 1000 kiçik heykəl də tapılıb.

Minyə şəhərindəki arxeoloji qazıntıların 2017-ci ildən başladığını söyləyən Anani qəbirlər haqqında məlumatların toplanması üçün illərlə araşdırma aparmağın lazım olduğunu bildirib.

Misir Tarixi Əsərlər Ali Şurasının sədr müavini Mustafa əl-Vəziri isə qəbirlərin eradan əvvəl 332-1085-ci illərə aid olduğunu bildirərək, qazıntıların 5 il davam edəcəyini bildirib. Həmçinin o, tapıntıların yaxşı qorunduğunu, lakin bir heykəlin nəmdən zərər gördüyünü də vurğulayıb./axar.az

Xəbər lenti