Xəzər Xəbər

Şərqi Qutada ölənlərin sayı 400-ə çatır

Dünya | 11:42 • 25 Fevral 2018
Şərqi Qutada ölənlərin sayı 400-ə çatır

Əsəd rejiminin Suriyanın Şərqi Quta bölgəsinə hava hücumları zamanı daha 32 mülki vətəndaş həlak olub.

Bununla son 6 gündə bölgədə həlak olanların sayı 389 nəfərə çatıb. Bundan əlavə, rejimin son günlərdə 22 tibb məntəqəsini, bir məscidi və bir yetimxananı vurduğu bildirilir.

Qeyd edək ki, Əsəd qüvvələrinin bir müddət öncə Suriyanın Dəməşq şəhəri yaxınlığındakı Şərqi Quta bölgəsini bombardman etməsi nəticəsində xeyli sayda insan həlak olub və yaralanıb./axar.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti