Xəzər Xəbər

Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığa hazırıq - Misirli nazir

Dünya | 16:11 • 24 Fevral 2018
Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığa hazırıq -

Azərbaycan Cənubi Qafqaz regionunda davamlı inkişaf edən dövlətdir. Misir Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıq etməyə hazırdır.


Bu sözləri AZƏRTAC-a müsahibəsində Misirin investisiyalar və beynəlxalq əməkdaşlıq naziri xanım Sahar Nasir deyib.


Nazir qeyd edib ki, iki ölkə ticarət, sənaye, energetika, kənd təsərrüfatı, mədəniyyət və turizm sahələrində böyük potensiala malikdir. Bu potensial qarşılıqlı əlaqələrin yaxınlaşmasına və inkişafına stimul yaradır. Hər iki dövlət yaxşı investisiya mühiti yaradıb və iş adamları bu şəraitdən faydalana bilərlər. Misirin Süveyş Azad İqtisadi Zonasında investisiyaların qorunması dövlətin diqqətindədir. Bu zonaya yatırılan sərmayəyə dövlət zəmanət verir.


Sahar Nasir bölgədə baş verən münaqişələrə toxunaraq bildirib ki, Misirin rəhbərliyi həm qonşu ölkələrlə, həm də Azərbaycan kimi uzaq, lakin dost dövlət ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurmağı planlaşdırır.


Misirli nazir qeyd edib ki, rəsmi Qahirə ilə Bakı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir. Misir Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır.

Xəbər lenti