Xəzər Xəbər

Hindistanda avtomobil məktəb binasına çırpılıb - 9 məktəbli həlak olub, 24-ü yaralanıb

Dünya | 14:10 • 24 Fevral 2018
Hindistanda avtomobil məktəb binasına çırpılıb -

Hindistanın şərqində yerləşən Bihar ştatının Müzəffərpur şəhərində yüksək sürətlə hərəkət edən avtomobil məktəb binasına çırpılıb.


AZƏRTAC xəbər verir ki, ANI informasiya agentliyinin yaydığı məlumata görə, qəza nəticəsində azı 9 məktəbli həlak olub, 24 nəfər isə yaralanıb. Hazırda xəsarət alanların hamısı xəstəxanalara çatdırılıb.


Sürücünün şəxsiyyəti və motivləri hələlik bəlli deyil. Polis insidentin baş verdiyi ərazidə fəaliyyət göstərir. Təhqiqat davam edir.


Qeyd edək ki, avtomobil yollarında sıxlıq, yol örtüyünün vəziyyətinin pis olması və sürücülərin intizamsızlığı Hindistanda ciddi yol-nəqliyyat hadisələri ilə müşayiət olunur. Rəsmi məlumata əsasən, hər gün qəzalar nəticəsində ölkədə 400 nəfərə qədər, il ərzində isə təxminən 150 min insan həyatını itirir.

Xəbər lenti