Xəzər Xəbər

Bakıya hər səfərimdə yeniliklə qarşılaşıram - İordaniyalı nazir

Dünya | 14:08 • 24 Fevral 2018
Bakıya hər səfərimdə yeniliklə qarşılaşıram -

İordaniya bütün sahələrdə Azərbaycan ilə əməkdaşlıq etməyə hazırdır. Azərbaycan hərtərəfli və davamlı şəkildə inkişaf edir.


Bu sözləri AZƏRTAC-a müsahibəsində İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri Yarub Qudah deyib.


Nazir bir neçə dəfə Bakıda səfərdə olduğunu bildirərək qeyd edib ki, hər səfərdə yeniliklə qarşılanıb. O deyib ki, İordaniyadan Azərbaycana gedən turistlərin sayında 55 faiz artımın olması təsadüfi deyil. Azərbaycan xalqının qonaqpərvərliyi, Bakı şəhərinin müasirliyi və təbiətin gözəlliyi turistlərin Azərbaycanı seçməsinə əsas səbəbdir.


Nazir qeyd edib ki, müasir dünyada münaqişələrin hökm sürməsi bir çox ölkələrdə sabitliyi pozub. Lakin Azərbaycan Prezidentini həyata keçirdiyi siyasət ölkədə nəinki ictimai-siyasi sabitliyin qorunub saxlanmasına səbəb olub, həmçinin investisiyaların cəlb olunmasına və iqtisadiyyatın davamlı inkişafına şərait yaradıb.


Yarub Qudah bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə İordaniya Kralı II Abdullah Al Hüseyn arasındakı dostluq əlaqələri dövlətlərimizin münasibətlərinin inkişafına böyük töhfə verir. Əmman ilə Bakı arasında birbaşa təyyarə reyslərinin açılmasının zəruri olduğunu nəzərə çatdıran nazir bu məsələnin yaxın vaxtlarda öz həllini tapacağını da qeyd edib. Azərbaycanın böyük iqtisadi potensiala malik olduğunu deyən Y.Qudah İordaniyanın rəsmi Bakı ilə bütün sahələr üzrə qarşılıqlı şəkildə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Xəbər lenti