Xəzər Xəbər

Rusiyada seçkiləri 74 ölkədən müşahidəçi izləyəcək

Dünya | 14:45 • 23 Fevral 2018
Rusiyada seçkiləri 74 ölkədən müşahidəçi izləyəcək
Rusiyada keçiriləcək prezident seçkilərində monitorinq aparmaq üçün 74 ölkədən 243 müşahidəçiyə dəvət göndərilib. Bu barədə ictimaiyyətə Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin rəhbəri Leonid Slutskiy məlumat verib.

O, əlavə edib ki, dəvət edilənlərdən 23-ü Avropa Parlamentinin üzvü, 107-si millət vəkili və senatorlar, 9-u isə şəhər meri və nazirlərdir.

Buna qədər ATƏT-in Parlament Assambleyasının 111 nəfərdən ibarət müşahidəçi missiyasını Rusiyada keçiriləcək prezident seçkilərinə göndərəcəyi deyilirdi.

Rusiyada prezidentin seçkiləri 2018-ci il martın 18-də baş tutacaq./faktxəbər

Xəbər lenti