Xəzər Xəbər

Tramp Yaxın Şərq planını açıqlayacaq

Dünya | 14:33 • 23 Fevral 2018
Tramp Yaxın Şərq planını açıqlayacaq

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq probleminin nizama salınması üzrə planı demək olar ki, başa çatdırılıb.

"Vaşinqton Post” nəşri xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Hikki Heyli Çikaqo Universitetinin Siyasət İnstitutunda çıxışında bildirib.

O əlavə edib ki, israillilər və fələstinlilər "planı sevməyəcəklər, həm də ona nifrət etməyəcəklər”.

"Administrasiya planı bitirir. Onu tezliklə təqdim edəcəklər. Planı münaqişə tərəflərindən heç biri sevməyəcək, həm də ona nifrət etməyəcək”, - diplomat deyib.

Heylinin sözlərinə görə, Trampın məsləhətçisi Cared Kuşner və beynəlxalq danışıqlar üzrə ABŞ-ın xüsusi nümayəndəsi Ceyson Qrinblatt hələ bir neçə variant arasında tərəddüd edir./publika.az

Xəbər lenti