Xəzər Xəbər

Makron hər gün iki dəfə şərab içir

Dünya | 14:30 • 23 Fevral 2018
Makron hər gün iki dəfə şərab içir

Fransa prezidenti Emmanuel Makron gündə iki dəfə şərab içdiyini söyləyib.

Makronun sözlərinə görə, cəmiyyətdə gənclərin getdikcə spirtli içki ilə sərxoş olması ilə bağlı özünü göstərən bir problem var, lakin şərab bu kateqoriyaya daxil edilə bilməz.

"Gənclər güclü spirt və ya pivə ilə daha çox sərxoş olurlar, amma şərab belə deyil. Şəxsən mən gecə-gündüz şərab içirəm "- deyə Fransa prezidenti bildirib.

O, həmçinin hakimiyyətdə olduğu müddətdə spirt və tütün qanunvericiliyini sərtləşdirmək üçün heç bir dəyişiklik edilməyəcəyini vurğulayıb./AzNews.az

Xəbər lenti