Xəzər Xəbər

Vizasız rejim qüvvəyə mindikdən sonra biletlərin hamısı alınıb

Dünya | 13:37 • 23 Fevral 2018
Vizasız rejim qüvvəyə mindikdən sonra biletlərin hamısı alınıb

İsrail vətəndaşları üçün vizasız rejim qüvvəyə mindikdən sonra bu ölkədən Özbəkistana iyun ayına qədər olan bütün biletlər iki gün ərzində satılıb.


Xezerxeber.az Interfax informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə keçirilən iclasda səsləndirilib.


2018-ci il fevralın 10-dan başlayaraq İsrail, İndoneziya, Koreya, Malayziya, Sinqapur, Türkiyə və Yaponiya vətəndaşları Özbəkistana 30 gün müddətinə vizasız səfər edə biləcək. Bundan başqa, 39 ölkə vətəndaşları üçün də viza verilməsi qaydası sadələşdirilib. Bu il iyulun 1-dən ölkədə elektron vizaların tətbiqinə başlanacaq. Bununla bağlı vətəndaşlarına vizasız rejimin şamil edildiyi ölkələrdən reyslərin sayı artırılacaq. Daşkənddən əlavə, Buxara, Səmərqənd, Urqanç, Nəvai və Qarşi şəhərlərindən də xarici ölkələrə birbaşa reyslər həyata keçiriləcək.


İclasda qeyd olunub ki, ötən il Özbəkistana 2,7 milyon nəfərə yaxın turist gəlib. İsrail vətəndaşları arasında bu ölkədən getmiş 100 mindən çox insan var.

Xəbər lenti